84 yaşlı kişini amansızlıqla öldürənlərə 51 İL HƏBS

84 yaşlı kişini amansızlıqla öldürənlərə 51 İL HƏBS

84 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə Zabil Məmmədov 18 il, İlyas Məmmədov 17 il və Ceyhunə Qurvanova isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl ötən il mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.
 
Aktual.az
Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR