2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 42 179 nikah qeydə alınıb.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.
Qurum rəsmisi nikaha daxil olanların yaş aralığını da açıqlayıb:
“Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır”.
R.Süleymanovun sözlərinə görə, rəsmi nikaha daxil olan ən yaşlı kişi 83, ən yaşlı qadın isə 72 yaşındadır”.