81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə səs verəcək.
Aktual.az-ın məlumatına görə, o, 1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızıdır. 112 yaşlı seçici rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində qeydiyyatdadır.
Qeyd edək ki, 81 saylı İmişli seçki dairəsində 7 namizəd qeydə alınıb. İki namizəd partiya tərəfindən, 5 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 50 244 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi mövcuddur. Altı məntəqədə veb kameralar quraşdırılıb.
Xəbər 137 dəfə oxunub.