8 min müəllimin müqaviləsinə xitam verildi - Nazir

8 min müəllimin müqaviləsinə xitam verildi - Nazir

Dərsliklərin məzmunu nə qədər keyfiyyətli olsa da, əsas müəllimdir.
Aktual.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, müəllimlər şagirdlərə dərsi düzgün şəkildə tədris etməlidirlər:
"Sertifikatlaşdırma prosesində səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam vermişik. Bunlardan 4 500-5 000 nəfəri ibtidai sinif, 1 000 nəfəri isə Azərbaycan dili müəllimi olub. Müəllimin səriştəli olması minimal şərtdir. Bünövrə düzgün olmasa, problemlər yaranır. Şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur və bu da problem yaradır. Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb. Buna görə də dərsliklərin yazılmasında çətinlik var. Şübhəsiz, bu, gələcəkdə tədris edən şəxsin bilik və bacarıqlarının üstünlüyünü ifadə edir. Yanaşmamız ondan ibarətdir ki, dillə bağlı tədqiqatlara əsaslanan müzakirə olsun. Dil duyumu dildən istifadə, dil vasitəsilə özünü inkişaf etdirir".
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR