Nizami rayonunda yerləşən "8-ci km bazarı" adlanan ərazidə səliqə-səhman yaradılması məqsədilə bəzi ticarət köşkləri yığışdırılıb.
Aktual.az atv.az-a istinadən bildirir ki, məqsəd həmin ərazinin səliqəyə salınması və gediş-gəlişi asanlaşdırmaqdır.
Köşklərdən təmizlənən ərazi 600 kvadrat metri əhatə edir. Nizami rayon Mənzil-Kommunal Təsərrüfat birliyinin baş mühəndisi də deyir ki, həmin bazarda küçə ticarəti antisanitar vəziyyət yaratmışdı.