8 aylıq uşağın həkimi: “Valideynləri uşağın xəstəxanada qalmasını istəmirdilər”

8 aylıq uşağın həkimi: “Valideynləri uşağın xəstəxanada qalmasını istəmirdilər”

Lerik rayon Mərkəzi Xəstəxanası Lerik rayonunun Orand kəndində qar uçqunu altından sağ çıxarılan 1 yaşlı Elcan Mustafayevin səhhətinə aydınlıq gətirib.

Xəstəxananın baş həkimi Mübariz Ağayev AzNews.az-a açıqlamasında Elcanın səhhətinin normal olduğunu bildirib: "Elcan 1 yaşında deyil, 8 aylıqdır. O, dünən xəstəxanada bütün tibbi müayinələrdən keçirilib. Onda hər hansı ciddi patalogiya aşkarlanmayıb. Hazırda nəzarətdədir, heç bir həyatı təhlükəsi yoxdur. Gecəni də çox sakit keçirib.”

Mübariz Ağayev qeyd edib ki, Elcanın valideynləri onu xəstəxanadan aparmaq istəyirdilər:

"Amma həkim olaraq biz buna icazə vermədik.”

Lerik rayonun Orand kəndində qar uçqunu olub. Hadisə nəticəsində bir ailənin 4 üzvü qar uçqunu altında qalaraq dünyasını dəyişib, 8 aylıq uşaq isə sağ çıxarılıb
 
Aktual.az
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR