Hadisə Türkiyədə baş verib.
Sakaryanın Akyazı qəsəbəsində 8 aylıq hamilə qadın belindəki tapançanı çıxararkən ehtiyatsızlıqdan bətnindəki körpəni öldürüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, tapançadan açılan atəş ana bətnindəki körpənin başına dəyib və körpə ölüb. Polisə verilən məlumata görə Altındərə Məhəlləsində yaşayan 34 yaşlı G.K. -nın körpəsinin ölümünə səbəb olan silah əslində qadının ərinə məxsus olub.
Xəstəxanaya yerləşdirilən qadının 8 aylıq hamilə olduğu təsbit edilib. Müalicəsi davam etdirilən G.K-nin həyati təhlükəsinin hələ də davam etdiyi deyilir.
Aktual.az Xəbər 528 dəfə oxunub.