8 ay əvvəl baş vermiş qətlin üstü açıldı

8 ay əvvəl baş vermiş qətlin üstü açıldı

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu Gədəbəy rayonunda 8 ay əvvəl baş vermiş cinayət hadisələrinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb.
Aktual.az
-a daxil olan birgə məlumatda bildirilib ki, respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunda 2 quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış 1 qətl hadisəsinin üstü açılıb.
Belə ki, cari il avqust ayının 5-də naməlum şəxs Gədəbəy rayonun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus 1 ədəd "NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib.
Faktla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.
Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə Babək Məmmədov barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
İlkin təhqiqat zamanı B.Məmmədovun rayon ərazisində daha bir anoloji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətməsi də müəyyənləşdirilib. Belə ki, ötən il noyabrın 26-da, gecə vaxtı B.Məmmədov pəncərədən keçməklə, rayonun Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə daxil olaraq, onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən 50 manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını quldurluq yolu ilə ələ keçirib.
Təqsirləndirilən şəxs B. Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.
Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR