Bakıda intihar olub.
APA-nın məlumatına görə, Binəqədi rayonu, 8-ci mikrorayon, Axundov küçəsi ev 3A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan 1942-ci il təvəllüdlü Vahid Feyzulla oğlu Rüstəmov yaşadığı evin eyvanından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
V. Rüstəmovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 377 dəfə oxunub.