İspaniyada ölkə tarixində ən böyük narkotik maddələr partiyası tutulub.
Ölkənin cənub-qərbindəki Pontevedra vilayətində İspaniya polisi və Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin birgə keçirdikləri əməliyyat nəticəsində 3 ton kokain ələ keçirilib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, bu kokainin "qara bazar"da qiyməti 733 milyon dollardır.
Polisdən verilən məlumatlara görə, 7 britaniyalı həbs olunub. Onlar kokaini hollandlardan almışdılar. Kokain İspaniyaya qaçaqmal yolu ilə Cənubi Amerikadan gətirilmişdi.
Britaniyalılar Malaqa vilayətində tutulublar. 31-59 yaşlı 5 britaniyalı Liverpul şəhərinin sakinləridir. Bandanın lideri olan 59 yaşlı şəxs Kosta del Soldakı ispan mafiyası ilə əlaqə qurubmuş.
2 holland narkotacir isə Santyaqo de Kompostela şəhərindəki 5 ulduzlu lüks "Hostal Dos Reis Catolicos" otelində yaxalanıb.