73 dəmiryolçuya yeni mənzil verildi

73 dəmiryolçuya yeni mənzil verildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yığıncaq keçirilib.

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirakçıları 31 dekabr - Dünya Azətbaycanlılarının Həmrəylik Günü və yeni 2016-cı il münasibətilə təbrik edib.

Sonra C.Qurbanov il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olunub.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR