71 yaşlı mer Hacıbala Abutalıbov

71 yaşlı mer  Hacıbala Abutalıbov

Bu gün 13 may tarixi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ad günüdür. Azərbaycan paytaxtının meri bu gün 71 yaşını qeyd edir.


Aktual.az xəbər verir ki, Hacıbala İbrahim oğlu Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.

Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan 70 yaşlı Abutalıbov ailəlidir, iki oğlu var.

O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib.

7 ilə yaxın müddətdə elmi sahədə çalışan Hacıbala müəllimin karyerasındakı sıçrayış, daha doğrusu dövlət qulluğunda vəzifə tutması mərhum president Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonraya təsadüf edir. 1995-ci ildə dövlət başçısının sərəncamı ilə Hacıbala Abutalıbov Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

2001-ci ilin yanvar ayından Bakı şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala müəllim artıq 13 ildir bu vəzifədədir.

Aktual.az

Xəbər 1434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR