Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az APA-ya ustinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovunsədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Camalov 8 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Camalov Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatını və sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib.