Ölümcül və genetik bir xəstəliyə tutulan uşağın görüntüləri görənləri təəccübləndirib.
Aktual.az axşam.az-a istinadən bildirir ki, Suriyada baş vermiş müharibə ilə əlaqədar olaraq Türkiyəyə sığınan ailənin 7 yaşlı uşağı Məhəmməd Əbdülməcid erkən yaşlanma xəstəliyindən əziyyət çəkir. Progeria Araşdırma Mərkəzinin verdiyi açıqlamaya görə bu 20 milyonda bir rast gəlinən xəstəlikdir.
"Digər uşaqlar kimi mən də məktəbə getmək, oxumaq istəyirəm, lakin küçəyə çıxanda hər kəs mənə qəribə şəkildə baxırlar", deyə Məhəmməd bildirib. Ailəsi isə evdə bütün güzgüləri yığışdırdıqlarını, orada öz əksini görəndə onun əsəbiləşdiyini söyləyib.
Almaniyada üzünü əməliyyat etdirib gələcəkdə həkim olmaq istədiyini söyləyən Məhəmmədin xəstəliyini həkimlər ağır olaraq dəyərləndirib. Bu xəstəliyə sahib uşaqların isə 14 ildən artıq yaşamadıqlarını açıqlayıblar.
Aktual.az
Xəbər 1482 dəfə oxunub.