7 oktyabr hücumuna görə İran məhkəməyə verildi

7 oktyabr hücumuna görə İran məhkəməyə verildi

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda həlak olan israillilərin ailə üzvləri və hadisədən zərər çəkmiş 100 nəfər İran, Şimali Koreya və Suriyanı məhkəməyə verib.
Aktual.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Onlar ABŞ məhkəməsinə şikayət edərək, İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyini deyib, həmin ölkələrə qarşı 4 milyard dollarlıq təzminat davası açıblar.
Şikayət iyulun 1-də Diffamasiyaya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb. Öldürülünlərin əksəriyyəti mülki şəxsdir.
Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR