Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, oyunların XI günündə 7 idmançımız mübarizə aparacaq.
Atletika
Üçtəkanla tullanmanın təsnifat mərhələsi idmançımız Nazim Babayev mübarizəyə qoşulacaq. İdmançımız yarışa saat 16:30-da start verəcək.
Kanoe sprint
Kayak, 200 m
Təsnifat mərhələsi
16:40. İnna Osipenko Rodomska
Güləş
Yunan-Roma
Saman Təhmasibi (85 kq) mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Təmsilçimizin ilk rəqibi Rusiyanı təmsil edən gürcü güləşçi Davit Çakvetadze olacaq.
İlk görüş saat 17:00-da start götürəcək.
Sabah Şəriəti (130kq) isə Olimpiadada 1/8 finaldan debüt edəcək. Avropa Oyunları və Qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olacaq. Bu qarşılaşmanın başlama saatı 17:40-a təyin olunub
Boks
Xanım boksçumuz Yana Alekseyevna (57-60 kq) mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq.
Onun ilk rəqibi çinli Cuna Yin olacaq. Bu döyüş saat 18:15-də başlayacaq.
Elvin Məmişzadə (52 kq) 1/8 finalda qazaxıstanlı Oljas Satibayev ilə qarşılaşacaq. Görüş saat 18:30-da start götürəcək.
Kamran Şahsuvarlı medal uğrunda mübarizə aparacaq. Olimpiadada üçüncü döyüşünə çıxacaq boksçumuz 1/4 finalda qazaxıstanlı Janibek Alimxanuli ilə üz-üzə gələcək. Kamran bu mərhələni keçsə, yarımfinala yüksəlməklə həm də minimum bürünc medalı təmin edəcək. Döyüşün başlanma vaxtı saat 20:00-dadır