“7-ci Qlobal Forumun Bakıda keçirilməsi növbəti siyasi və mədəni qələbəmizdir” - Azər Verdiyev

“7-ci Qlobal Forumun Bakıda keçirilməsi növbəti siyasi və mədəni qələbəmizdir”   - Azər Verdiyev

Bu gün Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.


Aktual.az-ın 7news.az-a istinadən məlumatına görə, ayın 27-də başa çatacaq foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forumun ölkəmizin dünyadakı imicinə təsirindən danışan ASGA Analitik Təhlil mərkəzinin rəhbəri Azər Verdiyev Azərbaycanın dünyaya növbəti dəfə sülh mesajı göndərmə imkanının olduğunu dedi: ““İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə ediləcək. Forum regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edəcək.

Bundan başqa biz tarix boyu xalqımızın başına gətirilən müsibətlər barədə dünya ictimaiyyətini növbəti dəfə məlumatlandıra bilərik. Azərbaycan ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqlarımız işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək”

Forumda gənclərin fəal iştirakının vacib olduğunu deyən A.Verdiyev beynəlxalq tədbiri onlar üçün geniş imkanlar açacağını dedi.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR