Siyəzənli abituriyent Çinarə Kərimova qəbul imtahanlarında 685 bal toplayaraq şimal bölgəsi üzrə ən yüksək göstəriciyə nail olub.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, imtahanlarda cəmi üç sualı düzgün cavablandırmayan Çinarə nəticəsindən narazıdır. Onun hədəfi maksimum - yəni, 700 bal toplamaq olub. Məhz buna görə də o, iyul ayında keçiriləcək növbəti imtahanlara qatılacaq.
Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent təhsilini Tibb Universitetində davam etdirmək istəyir. Çinarənin ən böyük arzusu ürək-damar cərrahı olmaqdır.
Valideynləri bildirirlər ki, həkimlik Çinarənin uşaqlıq arzusudur.
Çinarə Kərimova ilə yanaşı, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin daha 5 şagirdi bu il keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
Aktual.az
Xəbər 341 dəfə oxunub.