Bağdad hakimyyəti İran-İraq müharibəsində həlak olmuş hərbçilərin 68-nin cəsədini İslam Respublikasına təhvil verib.
Aktual.az report-a istinadən bildirir ki, bu haqda İran telekanalı məlumat yayıb.
Həmin 68 iranlı əsgər 1980-1988-ci illərdə iki ölkə arasında gedən savaş zamanı İraqın Fao yarımadasının əz-Zubeyd və Ümm-ər-Rasas rayonlarında həlak olublar.
Cəsədlər İranın Əhvaz bölgəsində dəfn ediləcək.
Qeyd edək ki, 1988-ci il avqustun 20-də İranla İraq arasında atəşkəsə dair müqavilə imzalanıb. Müharibə nəticəsində hər iki tərəfdən 3 milyondan çox insanın həlak olduğu haqda məlumatlar yayılıb.