Ötən gün axşam saatlarında Şamaxı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Siracəddinova Mahirə Abdulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.