Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 66 yaşlı Səyavuş Məmmədovdan 6 kiloqram 135 qram marixuana götürülüb.