63 nəfərin öldüyü təyyarənin partladıldığı məlum oldu

63 nəfərin öldüyü təyyarənin partladıldığı məlum oldu

Aralıq dənizinə düşən Misirin “EgyptAir” aviaşirkətinə məxsus “A320” təyyarəsində partlayış baş verib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yayıb. Qeyd olunub ki, cəsəd qalıqlarının tibbi ekspertizasının nəticəsinə əsasən, təyyarənin göyərtəsində partlayış baş verib.

Qeyd edək ki, mayın 19-na keçən gecə Parisdən Qahirəyə uçan təyyarə radarlardan itmişdi. Nəticədə təyyarənin Aralıq dənizinə düşdüyü məlum oldu.

Qəza zamanı təyyarədə olan 63 nəfər həlak olub.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR