Türkiyənin keçirdiyi antiterror əməliyyatları nəticəsində Kürd Fəhlə Partiyasına (PKK) sarsıdıcı zərbələr vurulmaqdadır.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, iyunun 7-dən bəri Türkiyədə hökumət qüvvələrinə təslim olan terrorçuların sayı 618 nəfərə çatıb.
Türkiyə KİV-lərinin məlumatına görə, təslim olan terrorçuların bəziləri İraqın şimalındakı PKK düşərgələrindən qaçanlarıdr.