600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA

600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub   - SON 4 AYDA

Cari ilin son 4 ayında 347 azərbaycanlı qadın əcnəbi kişi ilə nikah bağlayıb.
 
Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyatı şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halı qeydə alınıb.
 
Məlumatda bildirilib ki, qeydə alınmış nikahların 347-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.
 
Eyni zamanda Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınlarla nikaha daxil olub.
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR