Qarın şişkinliyindən şikayətçisiniz, nə yesəniz, dərhal qarınınız şişir və bu şikayətdən qısa müddətdə xilas olmaq qeyri-mümkündür deyə düşünürsünüzsə, yanılırsınız. Evdə hazırlayacağınız və şikayətlərinizi 60 saniyəyə yox edə biləcək qarışıq qida mövcuddur.
Aktual.az azadqadin.az-a istinadən həmin qarışığın tərkibini və hazırlanmasını təqdim edir.
Tərkibi:
1 orta boy xiyar (qabıqları soyulmuş və dilimlənmiş)
1 orta boy limon (incə dilimlənmiş)
1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
12 ədəd kiçik nanə yarpağı
2 litr su
Hazırlanması:
Bir qaba 2 litr su (ilıq), zəncəfil və nanə yarpaqları əlavə edin. Bir neçə dəfə qarışdırdıqdan sonra incə dilimlənmiş limonu və xiyar dilimlərini əlavə edin və təkrar qarışdırın. Gecə otaq istiliyində saxlayın. Səhər qalxdığınızda qarışıq içməyə hazır hala gəlmiş olacaq.
Bu qarışığı gündə 8-10 stəkan içməlisniz. Bu ev istehsalı içki həzm sistemini yaxşılaşdıracaq, qəbizlik və qabarıqlıq problemini ortadan qaldıracaq. Bu qarışığı qəbul etmədən öncə həkim məsləhəti almağı unutmayın.