60-dan çox idmançımız Rioya gedəcək

60-dan çox idmançımız Rioya gedəcək

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 60-dan çox idmançımızın iştirakı gözlənilir.

Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, “London-2012” ilə müqayisədə "Rio-2016"ya daha çox idmançı yollanacaq: "Hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd edə bilərəm. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir. Yeni medal ümidi kimi kayakçı və kanoeçilərə, eləcə də triatlonçu Rostislav Pevtsova yanaşırıq.

Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, bəxt amili də rol oynayır”.

Nazir vurğulayıb ki, ola bilsin, medal qazandıq.

“Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır. Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur".

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR