6 yaşlı qıza qarşı iyrənc hərəkətlər edən şəxsə ağır cəza

6 yaşlı qıza qarşı iyrənc hərəkətlər edən şəxsə ağır cəza

Qohumunun 6 yaşlı qızına qarşı zorakılıq hərəkətləri edən şəxs 14 il azadlıqdan məhrum edilib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Əhmədovun CM-nin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Z.Əhmədov müvəqqəti yaşadığı qohumu D.S-a məxsus Nizami rayonunun 8-ci kilometr qəsəbəsindəki mənzilində bir neçə dəfə qohumunun azyaşlı qızı A.S-nın köməksiz vəziyyətindən istifadə edib.

DİN 102-xidmətinə qızın valideynləri şikayət edəndən sonra şübhəli şəxs Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 779 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR