6 şəhər "Eurovision-2017" üçün müraciət etdi

6 şəhər

Ukraynanın 6 şəhəri "Eurovision-2017" musiqi yarışının keçirilməsi üçün Ukrayna Milli Televiziyasına müraciət edib.

Aktual.az  anspress-ə istinadən bildirir ki, bu barədə müsabiqənin yayım hüququna malik Ukrayna Milli Televiziyasından deyilib. 

Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson şəhərlərinin "Eurovision-2017" yarışlarının keçirilməsi üçün ərizə ilə müraciət etdiyi Milli Televiziya tərəfindən təsdiqlənib.

"Müsabiqənin keçirilməsində iddialı olan şəhərlər lazım olan bütün sənəd və materialları iyulun 8-nə qədər Milli Televiziyaya çatdıraraq ilk mərhələni operativ şəkildə keçməyə müvəffəq olub. İkinci mərhələdə isə televiziya tərəfindən ayrılan xüsusi komisiya müraciətlərə baxıb, onları iyulun 21-də "Eurovision-2017" nin təşkilat komitəsinin iclasında təqdim edəcək", - deyə telekanalın yaydığı məlumatda bildirilir.

Bir müddət əvvəl Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk müsabiqənin hansı şəhərdə keçirilməsi üçün seçimlərə başlanıldığını bildirib. Onun sözlərinə görə, "Eurovision-2017" musiqi yarışının keçirilməsini istəyən Ukrayna şəhərləri 4 seçim mərhələsindən keçəcək. İlk mərhələ iyulun 8-də yekunlaşıb.

Mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib gəlib. Onun ifa etdiyi "1944" adlı mahnı 534 xal toplayıb. 

Ukrayna təmsilçisinin ifa etdiyi "1944" adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. 

Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

"Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli isə 117 xalla 17-ci olub.

Milli.Az

Xəbər 787 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR