ABŞ məhkəməsi altı polis əməkdaşını Baltimor şəhərində qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirkar hesab edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Merilin Mosbi məlumat verib. Onun sözlərinə görə, işə yuxarı instansiya məhkəməsi tərəfindən iyunun 2-də baxılacaq.
Qeyd edək ki, bundan əvvəl polislərin vəkilləri prokurorun prosesdən kənarlaşdırılmasını tələb ediblər.
Aktual.az