6 nəfəri güllələyən şəxslərdən biri tapıldı

6 nəfəri güllələyən şəxslərdən biri tapıldı

Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.

M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib. Baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və atəş açıb.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR