90 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov deyib.
O bildirib ki, həmin şəxslərdən ikisi siyasi partiya - hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Ümid Partiyasının nümayəndəsidir: “Digər 4 nəfər isə bitərəflərdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.