Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq.
Aktual.az report-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.
Onların arasında müxtəlif rütbəli zabitlər də var.
Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı.