Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Zakir İbayevin CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 181.1 (quldurluq) və 228.1-сi (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az xəbər verir ki, istintaq materiallarına əsasən, 2011-ci il iyulun 14-də Arzuman Bəşirov "Binə” ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın edərək oranın işçisi Əli Əliyevə odlu silahdan atəş açaraq, onu qətlə yetirib və məntəqəyə məxsus 16.000 manat pulu götürüb hadisə yerindən qaçıb.
Bakı ş. BPİ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gündən sonra cinayəti törətmiş Arzuman Bəşirov tutulub. O, dindirmə zamanı törətdiyi cinayəti etiraf edib və tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib. Xırdalan şəhərində yaşayan İbayevin evinə baxış keçirilərkən Bəşirovun cinayət zamanı istifadə etdiyi "Steçkin” markalı, darağında 17 patronu olan tapança aşkar edilib. Zakir İbayev Azərbaycanı tərk edib və istintaqdan yayınıb.
Məhkəmə prosesində Arzuman Bəşirov adam öldürdüyünə görə peşman olmasını bildirib və qarəti xəstə nəvəsinə görə törətdiyini qeyd edib. Bəşirovun sözlərinə görə, o həmin ticarət mərkəzində fəhlə işləyib, nəvəsinin ayaqlarının əməliyyatı üçün o bir dəfə borca pul alıb, bundan əlavə uşagın atası da xarıcdən 1000 dollar pul göndərib. Həmin ilin aprel ayında Arzuman nəvəsi ilə İran İslam Respublikasına yollanmaqla, Təbriz şəhərində uşağın ayaqlarından birini əməliyyat etdirib. Digər ayağını müalıcə eləmək üçün isə həkimlər əlavə 4000 manat pul istəyiblər. Bu səbəbdən Bəşirov həmin məbləği hər hansı yolla olursa olsun əldə etmək qərarına gəlib və valyutadəyişmə məntəqəsini qarət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Bəşirov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
2015-ci ilin noyabr ayında Zakir İbayev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq, istintaqa təqdim edilib, onun barəsində ayrı icraatda cinayət işi aparılıb. İbtidai istintaq qənaətə gəlib ki, 2011-ci ildə o Arzuman Bə.irovla birlikdə cinayəti planlaşdırlımış şəkildə həyata keçiriblər.
Məhkəmə prosesində Z.İbayev özünü ittiham üzrə təqsirli bilməyib.
Bu günki iclasa şahid qismində gətirilən Arzuman Bəşirov ifadəsində göstərib ki, sözügedən cinayətin Zakir İbayevlə heç bir əlaqəsi yoxdur. O, nəvəsinin müalicəsi üçün valyuta-dəyişmə məntəqəsinin işçisini öldürdüyünü, hadisədən sonra tapancanı saxlaması üçün müvvəqəti Zakirə verdiyini qeyd edib.
Növbəti iclas aprelin 11-nə təyin edilib.
Xəbər 823 dəfə oxunub.