6-cı sinif şagirdinin müəmmalı intiharı: "Sinif yoldaşları da..."

6-cı sinif şagirdinin müəmmalı intiharı:

Şabran rayonunun Daşlıyataq kənd sakini, 2005-ci il təvəllüdü, 6-cı sinif şagirdi Elnur Mütəllimov özünü asıb.

Aktual.az  xəbər verir ki, Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülər Hüseynova aznews.az-a açıqlamasında Elnur Mütəllimovun intiharının bəzi təfərrüatlarını açıqlayıb. O, hadisənin şagirdin yaşadığı evdə baş verdiyini qeyd edib: "Təhsil şöbəsinin rəhbərliyi hadisədən xəbər tutan kimi həmin kəndə yollandı. Həm məktəbdə, həm də Elnurun yaşadığı evdə olduq. Onun müəllimləri və sinif yoldaşları ilə söhbətləşdik. Elnur dərsə davamiyyəti olan şagird olub. Onun səhhətində hər hansı bir problem olmayıb, tamamilə sağlam olub. Sinif yoldaşları da təəccüb içərisindədir".

Gülər Hüseynova Elnur Mütəllimovun ailə vəziyyətinin normal olduğunu vurğulayıb: "Ata-anası, özündən böyük başqa 2 uşaq var. Atası da işləyir".

Hazırda faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR