2016/2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında ən gənc və ən yaşlı abituriyentlərin yaşı məlum olub.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər.
TQDK-dan verilən açıqlamaya görə, bu il ali təhsil müəssisələrinə imtahan verəcək ən gənc abituriyent 2001-ci ildə anadan olub, yəni 15 yaşı var.
Bu il tələbə adını qazanmaq istəyən ən yaşlı abituriyent isə 1959-cu ildə doğulub. Onun 57 yaşı var.
Xəbər 327 dəfə oxunub.