56 nəfərin qətlində şübhəli bilinən adamı zaminə BURAXDILAR

56 nəfərin qətlində şübhəli bilinən adamı zaminə   BURAXDILAR

Rusiya İstintaq Komitəsinin 56 qətl törətməkdə ittiham etdiyi "Cako" ləqəbli Aslan Qaqiyev Vyana məhkəməsi tərəfindən zaminə buraxılıb.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə onun 100 min avro qarşılığında Yozefştadt həbsxanasından azad olunması barədə qərar verib. Bununla belə, Qaqiyev Vyana şəhərini tərk edə bilməz və bu razılaşmanı pozarsa, dərhal həbs olunacaq.

Avstriya Aslan Qaqiyevi saxta sənədlər hazırlamaqda ittiham olunduğu Bolqarıstana ekstradisiya etməyə hazırlaşır.

Rusiya İstintaq Komitəsi isə şübhəlinin Bolqarıstanda alacağı qısa həbs müddətindən sonra yenidən gizlənəcəyini ehtimal edir. Bu səbəbdən bir qrup istintaqçı Moksvadan Vyanaya ezam olunaraq, onun Rusiyaya ekstradisiyasına çalışacaq.

Aslan Qaqiyev 2004-cü ildə muzdlu qatillərdən toplanan cinayətkar dəstə yaradıb. 50-dən artıq üzvü olan qruplaşma bir neçə il ərzində 56 sifarişli qətl törədib. Qaqiyevin dəstəsi Moskva, Moskvaətrafı və Şimali Osetiya regionunda çoxsaylı qətllər törədib.

Qruplaşmanın 9 üzvü həbsdə, 15 nəfəri istintaq təcdirxanalarında və 12 nəfəri isə beynəlxalq axtarışdadır.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR