Daha bir tanınmış futbolçu karyerasını Çində davam etdirməyə yaxındır.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, "Fiorentina" Nikola Kaliniçi "Tyantszin Syuantszyan"a satmağa razılıq verib.
Çin klubu 29 yaşlı forvard üçün 45 milyon avro ödəyəcək. Kaliniçin əmək haqqı isə "Fiorentina"dakından 10 dəfə çox - ildə 12 milyon avro olacaq.
Qeyd edək ki, "Fiorentina" Kaliniçi 2015-ci ildə "Dnepr"dən 5,5 milyon avroya transfer edib.
Aktual.az
Xəbər 798 dəfə oxunub.