54 yaşlı kişini avtobus vuraraq öldürüb

54 yaşlı kişini avtobus vuraraq öldürüb

Sumqayıtda 54 yaşlı kişini marşrut avtobusu vuraraq öldürüb.

"Report”un Sumqayıt-Abşeron müxbiri xəbər verir ki, hadisə 2 gün əvvəl qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu 7 nömrəli marşrut avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR