Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Trend-ə Kürdəmir rayon prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Xaçmaz sakini özünü həyətdə asdı
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aktual.az
Xəbər 334 dəfə oxunub.