51 yaşlı qadın yandı - Göygöldə

51 yaşlı qadın yandı -   Göygöldə

Göygöldə 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Sveta Rüstəmova 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Qadının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Yaxınlarının bildirdiyinə görə, S. Rüstəmova yanan sellofan örtüyü söndürmək istəyərkən ehtiyatsızlıqdan yanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

 
Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR