500 sahibkarı kommunal xərclərdən azad etdilər

500 sahibkarı kommunal xərclərdən azad etdilər

Aktual.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib.

Sahibkarlarla görüşdə süni qiymət artımına yol verilməməsinin vacibliyi önə çəkilib. Rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 500 nəfərdən çox şəxs işıq, qaz, su və digər kommunal xərcləri ödəməkdən azad edilib. Bundan başqa, Yevlax Mərkəzi Bazarında müxtəlif məhsulların satışı ilə məşğul olanlar da 2 ay müddətində bütün xərcləri ödəməkdən azad ediliblər.

Bildirildiyinə görə, burada əsas məqsəd ölkə rəhbərinin ərzaq məhsullarının qiymətinin ucuzlaşması ilə bağlı atdığı addımlara dəstək olmaqdır. Həmçinin manatın məzənnəsinin dəyişməsi ilə yerli əhalinin alıcılıq qabiliyyətini aşağı salan ərzaq və digər məhsulların qiymətlərinin bahalaşmasının qarşısını almaqdır.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR