Qaçaqmalçılıq yolu ilə xaricə aparılan 500 kilo qurbağa müsadirə edildi
Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Elazığın Palu rayonundan gələn 500 kilo icazəsiz ovlanmış qurbağa jandarmalar tərəfindən müsadirə olunub.
40 yeşiyə yerləşdirilmiş canlı qurbağalar yenidən tutulduqları çaya geri buraxılıblar.
Qaçaqmalçılar qurbağaları xarici ölkələrə idxal etdiklərini bildiriblər. Bir çox Avropa dövlətlərində qurbağa əti ən nəfis yemək hesab edilir.