2015-i ildə Azərbaycanda 500-dən çox kiçik dövlət müəssisəsi və obyekti, 470 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Qeyd olunub ki, səhmlərin satışı üzrə keçirilən pul hərraclarında 19, investisiya müsabiqələri vasitəsilə isə 5 səhmdar cəmiyyətin səhmləri satılıb.
Hesabat ilində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 6,5 milyon maant məbləğində investisiya qoyulub.
Ümumilikdə, 2016-cı il 1 yanvar tarixədək keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən 104 dövlət müəssisəsinə 910 milyon manatdan artıq həcmdə investisiya qoyulub, bu müəssisələrdə 17000-dən artıq iş yeri yaradılıb, dövlət büdcəsinə 65,8 milyon manat məbləğində pul vəsaiti ödənilib.