50-yə yaxın sürücü saxlanıldı - Aralarında qadın da var

50-yə yaxın sürücü saxlanıldı   - Aralarında qadın da var

Astara rayonunda yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən  və spirtli içki qəbul edərək  sükan arxasına oturan sürücülərə qarşı növbəti reyd keçirilib.
 
Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının Şahağacı və Qamişovka kəndləri ərazisində baş tutan reydi zamanı yol hərəkəti qaydalarına riayət etməyən sürücülər saxlanılaraq onlar barəsində qanunauyğun tədbirlər görülüb.
 
Həmçinin reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb.
Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati  protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin  nəqliyyat vasitələri isə DYPB-nin cərimə meydançasına aparılıb. Ümumilikdə 20-yə yaxın sürücü cəzalandırılıb.
 
Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək. (APA)
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR