Balakəndə intihara cəhd olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb.
Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.