50 adamyeyən həbs edildi

50 adamyeyən həbs edildi
  • DÜNYA

Papua - Yeni Qvineyada 50 adamyeyən həbs edilib.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, saxlanılanlar adam əti yeməkdə ittiham edilirlər. Yerli qəzet “National”ın yazdığına görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları bununla bağlı cinayətlərin izinə bir müddət əvvəl düşüblər.

Qərb bölgəsi üzrə polis idarəsinin rəisi Silva Sika bu cinayəti hannibalizmin və qədim adət-ənənələrin yenidən yayılması kimi xarakterizə edib. Polis rəisi ölkə hakimiyyətinin gözdən uzaq ərazilərdə vəziyyətə nəzarəti ələ aldığını və problemi həll etdiyini deyib.

Avqustun 14-də başlayan əməliyyatlarda 35 hərbçi və polis əməkdaşı iştirak edib. Hannibalların həbsi bir neçə mərhələdən ibarət olub.     

Əməliyyatlar Damera və Vaydabodolo kəndlərində həyata keçirilib. Bu kəndlər onilliklərdir ətraf aləmdən təcrid olunub. Məlum olub ki, ən ağır cinayət iyunun 25-də törədilib. Adamyeyənlər qonşu kəndin 3 sakinini öldürərək onların başlarını gizlədiblər. Həmin başlar xüsusi mərasimlərdə istifadə olunmaq üçün naməlum istiqamətə aparılıb.

2009-cu ildən etibarən Flay çayının sahilində yaşayan tayfaların bir sıra cinayətlər törətməsi barədə xəbərlər yayılırdı.

 
Xəbər 962 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR