5 yaşlı uşağın antibiotikdən ölməsi haqda baş həkimdən açıqlama

5 yaşlı uşağın antibiotikdən ölməsi haqda baş həkimdən açıqlama

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub. 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib. 

Aktual.az  xəbər verir ki, ərazi üzrə 22 saylı uşaq poliklinikasının baş həkimi Rəna Qurbanova aznews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib: 

"Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim poliklinikanın tibb bacıları vurmayıblar. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam".
 
Aktual.az 
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR