5 övlad gözləyən ana: "Əzab çəksəm də, sevinirəm"

5 övlad gözləyən ana:

"Hər gecə ən azı 12 dəfə vanna otağına gedirəm. Belimdə, qarnımda daim ağrılar var. Üstəlik, gündə 6 min kalori yeməliyəm. Çətindir, çox çətindir. Amma əzab çəksəm də, sevinirəm".

Avstraliyanın Pert şəhərinin sakini, 26 yaşlı Kim Tuççi hamilədir. Onun hamiləliyinin başa çatmasına az qalıb.
4 ay əvvəl keçirilmiş ultrasəs müayinəsi Kimin bətnində beşəm əkizlər olduğunu göstərib.
Beləcə, Kim ana olacaq və bir gündə 5 övladını dünyaya gətirəcək.
Aktual.az xəbər verir ki, Milli.Az tanınmış fotoqraf Erin Elizabetin Facebook səhifəsinə istinadən bildirir ki, iki qız anası olan Kimin beşəmləri dünyaya gələndən sonra Tuççi ailəsindəki uşaqların sayı 7-yə çatacaq.
"Üçüncü övladıma hamilə qalanda artıq bilirdim ki, bətnimdəki tək uşaq deyil, əkizlərdir. İki övlad olduğunu düşünürdüm. Amma bətnimdə 5 nəbzin vurduğu öyrənəndə şoka düşdüm. Onlar 5 nəfərdir. Dörd qız və bir oğlan..." - Kim Tuççi Facebook-dakı səhifəsində yazıb.
Onun Facebook-dakı "Surprised by Five" səhifəsinin daimi təqibçilərinin sayı artıq 136 mini keçib.
Kim Tuççi bildirir ki, gündə üç dəfə yeyir və hər dəfə bir adamın gündəlik rasionundakı kaloriləri qəbul edir: "Bu minvalla, hər gün üç adamın yeməyini yeyirəm. Bətnimdəki 5 insan bu qədər yeməyimi şərtləndirir".

Xəbər 820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR