Dəyişikliklər olub.
Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək.
Aktual.az xəbər verir ki, bu səbəblə “BakuBus”ın 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub.
Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən “Azneft” meydanına qədər, əks istiqamətdə isə “Nərimanov” metrostansiyasının önündən “Sahil”metrostansiyasının önünə qədər hərəkət edəcəklər.
Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.