Rusiyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət strukturu Rospotrebnadzorun məlumatına əsasən, Zika virusuna yoluxmuş ölkə vətəndaşlarının hamısı müalicə edilib və özlərini yaxşı hiss edirlər.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, qurumun rəhbəri Anna Popovanın sözlərinə görə, 5 nəfərdə Zika virusuna yoluxma faktı təsdiqlənib. Onların hamısı Dominikan Respublikasında istirahətdən gəliblər.